Somalidə törədilən terror aktı nəticəsində 27 nəfər ölüb

2023/09/1695615803.jpg
Oxunub: 214     06:40     25 Sentyabr 2023    
Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, binaların dağıntıları altından daha 9 nəfərin cəsədi aşkarlanıb. Bununla ölənlərin sayı 27 nəfərə yüksəlib.

Qeyd edək ki, sentyabrın 23-də ölkənin Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Partlayıcılarla dolu yük maşını ilə törədilən terror hadisəsi nəticəsində onlarla insan kərpic və beton qalıqları altında qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Terror  


Bizi "telegram"da izləyin