Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.
“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, - polis əməkdaşı açıqlayıb.
Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.
Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb.
Ordu.az