Suriyada 3 terrorçu zərərsizləşdirilib

2023/09/1693551739.jpg
Oxunub: 35172     17:48     24 Sentyabr 2023    
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında "Barış pınarı" əməliyyatı bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında açıqlama verilib.

"Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduğu şəkildə müdaxilə edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən təsbit edilən 3 PKK/YPG terrorçusu məhv edilib. Suriyanın şimalındakı Sülh Pınarı bölgəsinə hücum etməyə hazırlaşırıq" – açıqlamada bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terrorçu  


Bizi "telegram"da izləyin