İraqın şimalında indiyədək 605 terrorçunu zərərsizləşdirib

2023/01/photo-1672670434.jpg
Oxunub: 33013     13:22     24 Sentyabr 2023    
Türkiyə Silahlı Qüvvələri (TSQ) “Pəncək-kilid” əməliyyatı çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib, terror təşkilatına aid müxtəlif ölçülü 1343 silah və 706 min 650 döyüş sursatı ələ keçirib.

Ordu.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, komandolar əməliyyat bölgəsində terrorçuların istifadə etdiyi 670 mağara və sığınacaqları yararsız hala salıb.

Agentliyin müxbirinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurkdan başladıqları "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin ilə əməliyyat sahəsi genişləndirilib.

Terrorçuların bölgəyə yerləşdirdiyi 2284 mina və əldəqayırma partlayıcı da məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   Terror  


Bizi "telegram"da izləyin