“Bu insanların hakimiyyət dəyişikliyinə ümidi Rusiyadır” - Erməni politoloq

2022/11/maxre-1668504494.jpg
Oxunub: 346     15:42     24 Sentyabr 2023    
“Bu müxalifət liderlərinin 2018-ci il inqilabı ilə bağlı başqa fikirləri var”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti 2018-ci ildə inqilabın hansısa xarici güc mərkəzinin təsiri ilə baş verdiyini düşünür.

“Bu müxalifətin 2018-ci illə bağlı yanlış təsəvvürləri var və eyni alətlərlə geri qayıtmağa çalışır. Artıq üç ildir ki, eyni texnoloqlar tərəfindən planlaşdırılan oxşar hərəkətlərin sonu da eyni olacaq. Bu insanların hakimiyyət dəyişikliyinə ümidi Rusiyadır”, - deyə Gevondyan bildirib.

Erməni politoloq da hesab edir ki, bu tendensiyalar yeni “27 Oktyabr”a gətirib çıxarmayacaq.

“Hakimiyyət ayıq-sayıq olmalıdır, insanların emosiyalarından faciə üçün istifadə edilə bilər”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət  


Bizi "telegram"da izləyin