Erməni deputat: “Kimsə Qarabağda döyüşlərin bitdiyini düşünürsə, çox yanılır”

2023/04/l-tKz-1681111130.jpg
Oxunub: 19761     13:32     24 Sentyabr 2023    
“Kimsə Qarabağda döyüşlərin bitdiyini düşünürsə, çox yanılır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, hazırda sadəcə atəşkəsdir.

“Azərbaycanlılarla daim danışıqlar gedir, lakin bunların hamısını danışıqlar adlandırmaq çox çətindir. İndiki məqamda bu prosesi danışıqlar adlandırmaq çox çətindir. Rayonlar ayrıca, Xankəndi də öz növbəsində mühasirəyə alınıb və ciddi beynəlxalq təzyiqlər olmasa, az-çox gözləntilərə sahib olmaq çətindir. Mən təbiətcə pessimist olduğum üçün bunu demirəm, amma necə hərəkət etməyi başa düşmək üçün vəziyyəti mümkün qədər dəqiq qiymətləndirmək lazımdır”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Döyüş  


Bizi "telegram"da izləyin