Erməni deputat: “Serj Sarkisyanın parlamentdəki fraksiyasının lideri qan tökməklə hədələyir”

2022/10/c67bb-1666868802.jpg
Oxunub: 341     12:45     24 Sentyabr 2023    
“Sentyabrın 12-də Serj Sarkisyanın parlamentdəki fraksiyasının lideri qan tökməklə hədələyir, daha sonra çağırışın edilməsini gözlədiklərini deyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan öz “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, sentyabrın 19-da Azərbaycan toplarının yaylım atəşi ilə çağırış səslənir.

“Azərbaycan Qarabağa “hücum edir” (antiterror tədbirlərinə başlayır – red.). Sentyabrın 20-də atəşkəs razılaşması əldə olunub. Ermənistan heç bir şəkildə müqavilədə iştirak etmir. Xankəndidə hava limanında adamları toplayırlar, Ermənistana gedəcəklərini əvvəlcədən vəd edirlər, sonra deyirlər ki, Ermənistan onların Qarabağı tərk etmələrinə icazə vermir. İnsanların fotoşəkilləri çəkilir və Ermənistan hakimiyyətini ittiham edərək kütləyə paylanır. Onlar artıq İrəvanda hücuma məruz qalmalı olan Ermənistan hökumətini lənətləməyə çalışırlar”, - deyə Koncoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin