“Yaxın aylarda ortaya çıxacaq əsas məsələ Ermənistanın cənubundan keçən tranzit yolu məsələsidir” - Lorens Broers

2023/09/1695543762.jpg
Oxunub: 415     12:00     24 Sentyabr 2023    
“Ermənistanın Rusiyadan, xüsusən enerji və ölkənin əsas strateji strukturlarına sahiblik baxımından davamlı, çox dərin struktur asılılığına göz yummaq olmaz”.

Ordu.az xəbər verir ki, bunu Londonda yerləşən “Conciliation Resources” təşkilatının Qafqaz proqramının direktoru doktor Lorens Broers “Azadlıq radiosu”na müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti sahəsində şaxələnmə müşahidə edilir.

“Hindistanla əlaqələrin silah təchizatı baxımından inkişaf etdiyi aydındır. Azərbaycanla sərhəddə Aİ-nin müşahidə missiyası var. Ancaq düşünürəm ki, bu, hər hansı bir kəskin dönüş görəcəyimiz bir məsələ deyil”, - deyə Broers qeyd edib.

Ekspert bildirib ki, yaxın aylarda ortaya çıxacaq əsas məsələ Ermənistanın cənubundan keçən tranzit yolu məsələsidir, Azərbaycan və Türkiyə bunu Zəngəzur dəhlizi adlandırır.

“Bununla bağlı çoxlu suallar var. Ekstraterritorial dəhliz olacaqmı? Kimin rejimində fəaliyyət göstərəcək? Bundan başqa, Rusiya bu layihəndə qazanandır. 2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşmasına əsasən, bu dəhlizə nəzarət edən məhz Rusiyanın təhlükəsizlik qüvvələri, sərhəd xidmətidir. Beləliklə, bu, Ermənistanın düşdüyü başqa bir çox mürəkkəb geosiyasi məsələdir. Düşünürəm ki, yaxın aylarda bu dəhlizlər ətrafında mübahisələr, ziddiyyətlər artacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Türkiyə   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin