Tatar BMT Baş katibinə: "ŞKTC tanınmadan heç bir danışıqlar olmayacaq"

2023/09/bcvbc-1695547098.jpg
Oxunub: 12929     11:01     24 Sentyabr 2023    
Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar BMT-nin baş katibi Quterreşə Kipr siyasətlərində heç bir dəyişiklik olmadığını bildirib.

Ordu.az Hürriyet -ə istinadən xəbər verir ki, o, ŞKTC tanınmayınca Kipr rumları ilə masa arxasına oturmayacağını bildirib.

Ersin Tatar dünən Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Tatar görüşdən sonra verdiyi açıqlamada Kipr probleminin həllinin iki dövlətin əməkdaşlığı ilə olacağını qeyd edib.

BMT Baş Assambleyasının açılışı üçün Nyu-Yorkda olan Tatar, baş katib Quterreşlə görüşündən sonra Türkevidə jurnalistlərin suallarını cavablandırıb. O, Quterreşin Kiprdəki reallıqları gördüyünü ifadə edib. Tatar eyni zamanda bildirib ki, harada əlaqələri inkişaf etdirmək istəsək, Kipr Rumları təhdidlərlə bunun qarşısını almağa çalışırlar: “Bu çağda bu anlayış qəbuledilməzdir. Türkiyənin dəstəyi ilə ədalətli mübarizəmizi sona qədər davam etdirmək əzmindəyik”.

BMT çərçivəsində Kipr danışıqlarının yalnız ŞKTC-nin suveren bərabərliyinin və beynəlxalq statusunun tanınması ilə başlayacağını vurğulayan Tatar, “Baş katib Kiprdəki reallıqları gördü” deyib.

“Ümid edirəm ki, BMT Təhlükəsizlik Şurası da bunu görəcək. Tatar görüşdə BMT Sülh Qüvvələri əsgərləri ilə Pile kənd yolu arasındakı böhranın gündəmə gətirilmədiyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatar   BMT   ŞKTC  


Bizi "telegram"da izləyin