Ordu.az xəbər verir ki, GEOSAT-ın verdiyi açıqlamaya görə, bu ay Taypey Aviasiya və Kosmos Müdafiə Texnologiyaları Sərgisində imzalanan anlaşma memorandumu Asiya-Sakit okean regionu və digər coğrafi bölgələrə texnologiya transferini əhatə edir.
“Bunun əsasında biz yeni nəsil məhsul olan 160 “Jackal” PUA-nı daha da inkişaf etdirəcək və istehsal edəcəyik”, - deyə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunub ki, Böyük Britaniyada yerləşən “Flyby Technology” şirkəti yeni 160 “Jackal” məhsulu və digər “Flyby” icazəli məhsullar üçün faydalı yük həlləri, sınaq və istehsal planlamasını təmin etməyə razılaşıb.
Türkiyənin “Fly BVLOS Technology” şirkətinin baş direktoru Murat İslioğlu “Defence News”a açıqlamasında “Jackal” PUA-sının əslində mülki məqsədlər üçün istehsal edildiyini bildirib.
İslioğlu əlavə edib ki, “Jackal” üçün araşdırma və inkişaf etdirmə 2022-ci ilin əvvəlində başlayıb, PUA türkiyəli mühəndislər tərəfindən dizayn və istehsal edilib.
Sevinc Əliyeva
Ordu.az