İspaniya yeni “Eurofighter”lər sifariş edəcək

2023/09/Eurof-1695541550.jpg
Oxunub: 323     15:19     24 Sentyabr 2023    
İspaniya Hərbi Hava Qüvvələri (HHQ) “Halcon II” proqramı çərçivəsində hal-hazırda istifadədə olan EF-18AM/BM “Hornet”lərini əvəz etmək üçün əlavə 25 “Eurofighter” təyyarəsi sifariş etmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, “Hornet”lərin 2030-cu ildən istismardan çıxarılması hədəflənir.

Sentyabrın 12-də İspaniya Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş büdcə təkliflərinə əsasən, İspaniya simulyatorlar, texniki xidmət və logistika dəstəyin daxil olduğu satınalma üçün ümumilikdə 4,5 milyard avro (4,8 milyard dollar) ayırıb.

Xərclər 2023-2035-ci illərdə həyata keçiriləcək. Sifarişlərin 2024-cü ilin ortalarında veriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Eurofighter  


Bizi "telegram"da izləyin