Erməni politoloq: “Uğursuzluqlarımız Qarabağla bitmir, Ermənistan öz siyasətini dəyişməyə başlayır”

2021/08/Danie-1629536245.jpg
Oxunub: 382     14:10     24 Sentyabr 2023    
“Uğursuzluqlarımız Qarabağla bitmir, Ermənistan öz siyasətini dəyişməyə başlayır və bunun üçün bu hakimiyyət təcili olaraq aradan götürülməlidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ Ermənistana və Ermənistanız öz kukla hökumətinə kömək etmək üçün heç bir addım atmağa hazır deyil.

“Türkiyənin xarici işlər naziri Fidan Qərbə deyib ki, Ermənistana öz istiqamətlərində daha uyğun məsləhətlər versinlər. Əks halda region reallığı ilə əlaqəsi olmayan məsləhət və dəstək problemi həll etmək əvəzinə Ermənistana daha çox xaos və göz yaşları gətirəcək. İndi Brüssel öz vasitəçilik xidmətlərini Azərbaycan və Ermənistana təklif edir, Vaşinqton vasitəsilə Cənubi Qafqaza qeyri-sabitlik gətirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsi zamanı deyib. Bir neçə gün əvvəl İran Prezidenti eyni şeyi deyib: bölgəyə xarici qüvvələr gətirməyin və bunun onlar üçün qırmızı xətt olduğunu başa salmayın. ABŞ mətbuatı Qarabağda baş verənləri işıqlandırmır. Yaxşı başa düşməyənlər üçün yuxarıdakı dediklərimi açacağam: uğursuzluqlarımız Qarabağla bitmir, Ermənistan öz siyasətini dəyişməyə başlayır və bunun üçün bu hakimiyyət təcili olaraq aradan götürülməlidir”, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin