İran yeni kamikadze PUA-sını təqdim edib

2023/09/kamak-1695538508.jpg
Oxunub: 417     13:11     24 Sentyabr 2023    
İran İran-İraq müharibəsinin ildönümü münasibətilə Tehranda keçirilən hərbi paradda özünün yeni “ən uzun mənzilli” kamikadze Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, Tehranda İmam Xomeyni türbəsi önündə keçirilən mərasimə İran Prezidenti İbrahim Rəisi və yüksək rütbəli hərbi rəsmilər qatılıb.

İranın 1400 kilometr mənzilli “Fəttah” hipersəs raketi, “Hacı Qasım” ballistik raketi və 1350 kilometr mənzilli “Paveh” qanadlı raketlərinin nümayiş olunduğu mərasimdə “Arash” adlı PUA təqdim edilib.

İran prezidenti mərasimdəki çıxışında Tehran və Bağdad arasında imzalanan sərhəd təhlükəsizliyi sazişini vurğulayaraq, İraqda terror təşkilatlarının tərksilah edilməsinin müsbət hal olduğunu deyib.

İranın Fars körfəzindəki hərbi varlığının mühüm təhlükəsizlik elementi olduğunu bildirən Rəisi Körfəzdə xarici qüvvələrin mövcudluğunun bölgədə narahatlıq yaratdığını qeyd edib.

İran və İraq arasında 8 illik müharibə İranda Müqəddəs Müdafiə Həftəsi kimi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin