Ordu.az xəbər verir ki, ABŞ-nin aparıcı media qurumlarından biri olan CNN Midlberi Beynəlxalq Araşdırmalar İnstitutundan çəkilmiş görüntülərə görə hər üç ölkənin nüvə obyektlərini genişləndirdiyini yazıb.
Xəbərdə Rusiyanın Şimal Buzlu okeanında yerləşən Novaya Zemliya arxipelaqındakı nüvə sınaq poliqonunda 2021-2023-cü illərdə tikinti işlərinin artdığı bildirilib.
Qeyd olunur ki, qurğu ilboyu fəal işləyir, limana yanaşan gəmilər mütəmadi olaraq yeni konteynerlər gətirir, bölgədə yeni tunellər qazılır.
CNN bildirib ki, Kreml obyektdəki işlərlə bağlı şərh sorğusuna cavab verməyib.
Sevinc Əliyeva
Ordu.az