“Kargu” PUA-sı Qarabağdakı antiterror tədbirlərində istifadə edilib

2023/09/sdasd-1695537958.jpg
Oxunub: 1885     11:29     24 Sentyabr 2023    
Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərində Türkiyənin STM şirkətinin istehsalı olan “Kargu” Pilotsuz Uçuş Aparatından (PUA) istifadə edilib.

Ordu.az xəbər verir ki, missiyasını uğurla yerinə yetirən “Kargu” PUA-sının görüntüləri Azərbaycan Müdafiə Nazirliyi tərəfindən paylaşılıb.

“Kargu” tək bir hərbi qulluqçu tərəfindən daşına bilən, uzaq məsafədə yerləşən hədəfləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olan kvadrokopter tipli portativ PUA həllidir.

“Kargu” platforması missiya kompüteri vasitəsilə tam avtonom naviqasiya etmək və missiya ərazisində operator tərəfindən aşkar edilmiş sabit və ya hərəkətdə olan hədəfləri effektiv və dəqiq şəkildə məhv etmək qabiliyyətinə malikdir.

Sistem “Man-in-the-Loop” prinsipi ilə tamamilə operatorun nəzarəti altında işləyir.

Sistem “Zərbə PUA Platforması” və “Yerüstü İdarəetmə Bölməsi” komponentlərindən ibarətdir. Türkiyə Silahlı Qüvvələrinin və xarici ölkələrin inventarında olan “Kargu” yüksək riskli, mürəkkəb münaqişə zonalarında uzaq məsafədə yerləşən hədəflərin aşkar edilməsini və təsdiqini təmin etməklə istifadəçi personalına aşkarlama, müşahidə, kəşfiyyat və dəqiq zərbə imkanları təqdim edir.

“Kargu” sistemi missiyanın ləğvi və evə qayıtma funksiyaları sayəsində təkrar istifadə edilə bilər. Sistem öz Elektro-Optik və İnfraqırmızı kameraları vasitəsilə gecə-gündüz işləmək qabiliyyətinə malikdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kargu   PUA   Qarabağ  


Bizi "telegram"da izləyin