Ordu.az xəbər verir ki, İstanbul Gəmiqayırma Zavodunda keçirilən mərasimdə Türkiyə milli müdafiə naziri Yaşar Gülər, Pakistan müvəqqəti hökuməti müdafiə naziri Ənvər Əli Heydər, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün, Türkiyə HDQ-nin komandanı admiral Ərcüment Tatlıoğlu, Pakistan HDQ-nin komandanı admiral Məhəmməd Əmcəd Xan Niyazi və İstanbul Gəmiqayırma Zavodunun komandiri kontr-admiral Rəcəb Erdinç Yetkin iştirak edib.
Mərasimdə çıxış edən Yaşar Gülər Pakistanın MİLGEM Layihəsi çərçivəsində İstanbul və Kəraçi gəmiqayırma zavodlarında eyni vaxtda dörd korvet və iki dəniz patrul gəmisinin inşasının Türkiyə cümhuriyyəti və müdafiə sənayesi tarixində bir ilk olduğunu qeyd edib.
Gülər bu uğurdan haqlı qürur və həyəcan duyduqlarını deyib.
O qeyd edib ki, MİLGEM layihələri Türkiyə və Pakistan üçün böyük qazancdır.
Sevinc Əliyeva
Ordu.az