Ordu.az xəbər verir ki, Haluk Görgün sədr olaraq əsas məqsədlərinin təhlükəsizlik qüvvələrinin ehtiyac duyduğu sistemləri maksimum yerli və milli imkanlarla təmin etmək olduğunu söyləyib.
Görgün Türkiyə MSK tərəfindən həyata keçirilən layihələr nəticəsində bir çox platformanın mavi vətəndə xidmət etdiyini və bayrağı dalğalandırdığını bildirib.
“Xüsusən dəniz platformaları ilə bağlı “Vətənin təhlükəsizliyi mavi vətənin müdafiəsindən asılıdır” devizini rəhbər tutaraq, bu sahədə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişik. Biz hava, quru və dəniz platfomaları ilə özümüzün olduğu kimi, dost və müttəfiq ölkələrin də ehtiyaclarını ödəyən bir ölkəyə çevrilmişik. Hal-hazırda dünyada hərbi gəmini milli səviyyədə dizayn edə, inşa edə, təchiz edə və idarə edə bilən azsaylı ölkələr sırasındayıq. Hazırda Pilotsuz Uçuş Aparatı (PUA), zərbə tipli PUA və kamikadze tipli PUA istehsalında dünyada ilk 3-4 ölkə arasındayıq”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az