Ordu.az xəbər verir ki, gəmilər Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığı üçün inşa edilib.
Ümumilikdə 10 ədəd inşa edilməsi planlaşdırılan gəmilər MİLGEM “Ada” sinfinə məxsus korvet dizaynı əsasında hazırlanıb.
Türkiyə HDQ-nin Dəniz Patrul Gəmilərinə olan ehtiyacını ən qısa müddətdə və ən sərfəli şəkildə qarşılamaq məqsədilə inşasına başlanılan “Hisar” sinfinə məxsus Dəniz Patrul Gəmilərinin inşa işləri ASFAT-ın əsas podratçılığı altında İstanbul Gəmiqayırma Zavodu Komandanlığında həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az