ABŞ prezidentliyinə namizəd: "Ukraynanın NATO-ya üzvlüyü Vaşinqtonun maraqlarına cavab vermir"

2023/09/1695531649.jpg
Oxunub: 23556     08:46     24 Sentyabr 2023    
Ukraynanın NATO-ya daxil olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlməyəcək.

Ordu.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Florida qubernatoru Ron Desantis deyib.

O qeyd edib: “Məncə, (Ukraynanın – red.) NATO-ya üzvlüyü bizim maraqlarımıza uyğun deyil. Bu, bizim üçün daha çox öhdəlik demək olacaq və əgər daha çox öhdəlik varsa, onda bizə nə fayda var”

Desantis, həmçinin vurğulayıb ki, Vaşinqton Kiyev hakimiyyətinə sonsuz miqdarda vəsait ayırmamalıdır.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin