İrəvanın mərkəzində kütləvi etiraz aksiyası başlayıb - YENİLƏNİB

2023/09/1695465849.jpg
Oxunub: 401     18:46     24 Sentyabr 2023    
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.

Ordu.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.

Hökumət binasının yerləşdiyi meydana 1 mindən çox insan toplaşıb. Vətəndaşlar ərazini doldurmağa davam edir. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır.

Hökumət binasının girişi bir neçə cərgə polis tərəfindən qorunur, lakin etirazçılar onun qarşısına deyil, meydanın mərkəzi hissəsində, müvəqqəti səhnənin qarşısında toplaşırlar.

****

Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın rəhblik etdiyi hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.

Bu barədə Ordu.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, mitinq “Respublika” meydanında baş tutacaq. Qeyd edək ki, dünən İrəvanda etirazçılar xəbərdarlıq aksiyası keçirərək vətəndaşları onlara qoşulmağa çağırıblar.

Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb. Bundan əvvəl İrəvanda və ölkənin digər ən böyük şəhərlərində Ermənistan müxalifətinin baş nazirin istefası tələbi ilə mitinqlərinin keçirildiyi xəbər verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvand   Hakimiyyət   Etiraz   Aksiya  


Bizi "telegram"da izləyin