Türkiyənin SONGAR dron sisteminə üçlü minaatan inteqrasiya ediləcək

2023/09/1695530489.jpg
Oxunub: 31751     06:38     24 Sentyabr 2023    
Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən SONGAR dron sisteminə Maşın Kimya Sənayesi (MKE) ilə birgə layihə çərçivəsində 81 mm-lik üçlü minaatan inteqrasiya ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, minaatanlarla yanaşı, 60 mm döyüş sursatı da dron sisteminə əlavə ediləcək və qısa zamanda atış sınaqları həyata keçiriləcək.

Qeyd edək ki, SONGAR dron sistemi 2019-cu ildən Türkiyənin Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı, Xüsusi Qüvvələr Komandanlığı tərəfindən istifadə edilir. SONGAR dron sistemi indiyə qədər dörd ölkəyə ixrac edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SONGAR   HAVELSAN  


Bizi "telegram"da izləyin