Ordu.az-ın məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil BMT Baş Assambleyasında çıxış edərkən deyib. O, Amerika hökumətinin niyyətini pisləyib.
Nazirin sözlərinə görə, ABŞ Cənub Komandanlığı “Venesuellaya qarşı təcavüzünün nizə ucluğunu yaratmaq və enerji resurslarını ələ keçirmək” üçün mübahisəli Essekiboda hərbi baza açmaq niyyətindədir. Venesuela parlamenti suveren ərazisini ABŞ-dan qorumaq üçün referendumu təsdiqləyib.
Nazir əlavə edib ki, Amerika hökuməti Essekibo ərazisi ilə bağlı uzun müddətdir davam edən mübahisəyə müdaxilə edərək, “Exxon Mobil” şirkətinin köməyi ilə Venesuela neftini mənimsəmək niyyətindədir.
Qeyd edək ki, Essekibo böyük neft ehtiyatlarına malik ərazidir. Bu ərazi ilə bağlı Venesuela və Qayana arasında mübahisə 100 ildən artıqdır, davam edir.
Ordu.az