KİV: Malidə "vaqnerçilərin" olduğu Belarus təyyarəsi qəzaya uğrayıb

2023/09/1695529781.jpg
Oxunub: 302     05:48     24 Sentyabr 2023    
Malidə (Qərbi Afrika), şənbə günü, sentyabrın 23-ü günortadan sonra, ehtimal ki, Rusiyanın Wagner özəl hərbi şirkətinin yaraqlılarının istifadə etdiyi İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Ordu.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, təyyarənin Belarusun “Rubystar Airways” şirkətinə məxsus olduğu ehtimal edilir.

"Görünür, Yevgeni Priqojinin təyyarəsi Vaqnerin faciələrinin sonuncusu deyil" deyə jurnalistlər yazır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Vaqner  


Bizi "telegram"da izləyin