Borrell Avropa İttifaqını məhv edə biləcək faktoru açıqlayıb

2023/04/josep-1680595953.jpg
Oxunub: 30980     04:36     24 Sentyabr 2023    
Avropa ölkələri arasında dərin mədəni fərqliliklər və uzun müddət ərzində ortaq siyasətlərin inkişaf etdirməməsi səbəbindən miqrasiya “Avropa İttifaqı üçün pozucu gücə” çevrilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell “The Guardian”a bildirib.

Borrell Ukraynadakı münaqişənin miqrasiya böhranına töhfə verdiyini inkar edib. O, həmçinin Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib.

“Miqrasiya Aİ-də daha da böyük mübahisə mənbəyidir. Bu, Avropa İttifaqı üçün dağıdıcı qüvvə ola bilər. Biz hələ də ümumi miqrasiya siyasəti ilə bağlı razılığa gələ bilməmişik”, - Aİ rəsmisi vurğulayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, buna Aİ daxilində dərin mədəni və siyasi fikir ayrılıqları kömək edir. O, qeyd edib ki, Yaponiya üslubuna sadiq qalan və miqrantları buraxmaq istəməyən ölkələr var. İspaniya kimi miqrant qəbulunun uzun tarixi olan başqa ölkələr də mövcuddur.

“Paradoks odur ki, Avropanın miqrantlara ehtiyacı var, çünki biz inanılmaz dərəcədə aşağı demoqrafik artıma malikik. Əgər əmək baxımından yaşamaq istəyiriksə, miqrantlara ehtiyacımız var”, - Josep Borrell fikirlərini izah edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borrell   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin