Ordu.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Polşada baş verən viza qalmaqalı araşdırma tələb edir. Mən Polşanın miqrantları bu cür buraxmasına razı deyiləm” – kansler bildirib.
Kansler əlavə edib ki, bu məsələni Polşa hökuməti ilə müzakirə edəcək və Polşa və digər qonşu ölkələrlə sərhəd nəzarətinin tətbiqi imkanlarını gündəmə gətirəcək.
Almaniya polisinin məlumatına görə, bu ilin birinci yarısında Polşa ilə sərhəddə 12 mindən çox qeyri-qanuni miqrant saxlanılıb.
Ordu.az