Lavrov: "Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan qərbyönlü lobbi mövcuddur"

2023/02/16751-1677582494.jpg
Oxunub: 204     21:30     23 Sentyabr 2023    
Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qaldırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin