Yaşar Güler: “Azərbaycanın ərazi bütövlüyü üçün atdığı addımları böyük məmnunluqla izləyirik"

2023/06/64887-1686664703.jpg
Oxunub: 16541     21:19     23 Sentyabr 2023    
“Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı haqlı addımları böyük məmnunluqla izləyirik, onu dəstəkləməyə davam edəcəyik”.

Ordu.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

O ​​vurğulayıb ki, Türkiyə ordusu sərhəd təhlükəsizliyinin təmin edilməsindən terrorla mübarizəyə, mavi və cənnət vətənin hüquq və mənafelərinin qorunmasından beynəlxalq sülhün təşviqinə kimi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib:

“Əziz qardaşımız Azərbaycanı “iki dövlət, bir millət” anlayışı ilə dəstəkləməyə davam edirik. Eyni zamanda Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somali kimi qardaş və dost ölkələrin haqlı davalarını dəstəkləyirik və bir çox bölgələrdə regional və dünya sülhünə töhfə verməyə davam edəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Güler   Azərbaycan  


Bizi "telegram"da izləyin