Ceyhun Bayramov: "Ermənistan 30 illik işğal zamanı tarixi abidələrimizi və mədəni irsimizi yox edib"

2023/09/475cd-1693942799.jpg
Oxunub: 176     20:16     23 Sentyabr 2023    
"Ermənistan 30 ildən çox davam edən işğal zamanı ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək tarixi abidələrimizi və mədəni irsimizi yox edib".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, işğaldan azad olunmuş, uzun illər misli görünməmiş dağıntıların olduği torpaqlarda Azərbaycan hökumətinin yorulmaz səyləri ərazilərdə insanların doğma torpaqlarına qayıtması üçün yenidənqurma işləri aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin