Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - YENİLƏNİB (VİDEO)
Oxunub: 1263
22:00
23 Sentyabr 2023
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Ordu.az xəbər verir ki, hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər.
Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib.
***
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.