Tokayev Almaniyaya səfər edəcək

2023/06/1687673442.jpg
Oxunub: 164     17:39     23 Sentyabr 2023    
Sentyabrın 28-29-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Almaniyaya rəsmi səfəri baş tutacaq.

Ordu.az xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev Berlində federal kansler Olaf Şolts və federal prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq.

Qazaxıstan lideri Mərkəzi Asiya və Almaniya dövlət başçılarının görüşündə də iştirak etməyi planlaşdırır.

Bundan əlavə, səfər proqramına Tokayevin Berlin Qlobal Dialoq beynəlxalq forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Tokayev  


Bizi "telegram"da izləyin