Ordu.az xəbər verir ki, təlimdə “Sea Hunter” və “Sea Hawk” adlı orta ölçülü insansız dəniz platformaları, həmçinin “Mariner” insansız dəniz platforması və “Ranger” böyük insansız dəniz platforması iştirak edir.
Platformalar sentyabrın 18-də Yaponiyanın Yokosuka limanına yan alıb.
Qeyd olunur ki, təlim ABŞ-nin İnsansız Suüstü Platformalar Birliyinin Yaponiyaya ilk səfəri olduğu üçün tarixi əhəmiyyətə malikdir.
İnsansız dəniz platformaları mümkün qədər tam avtonom rejimdə saxlanılır. Lakin onlar limanlara girib-çıxarkən həmişə insanların nəzarəti altında olurlar.
Sevinc Əliyeva
Ordu.az