Ordu.az-ın xəbərinə görə, qeyd olunub ki, SZ günümüzün ən vacib texnologiyalarından birinə çevrilib.
Bildirilib ki, smartfonlardan tutmuş ağıllı ev sistemlərinə və elektrik cihazlarına qədər hər yerdə əhəmiyyət qazanan bu texnologiya rəqəmsal dünyada da məzmun istehsal etmək və əməliyyatları sürətləndirmək üçün istifadə olunur.
“Sosial medianın mühüm gücə çevrildiyi bu əsrdə SZ-nin dəstəklədiyi “deepfake” adlı saxta üz və ya məzmun yaratma texnologiyası cəmiyyətin bəzi təbəqələri tərəfindən narahatlıqla qarşılanır. “Deepfake” nədir? “Deepfake” SZ dəstəyi və dərin öyrənmə texnologiyasının köməyi ilə fotoşəkillər və digər şəkillərdən istifadə edərək, saxta hadisələr və ya şəkillər yaratmaq texnologiyasıdır. Uzun illərdir böyüklər üçün kino sənayesində istifadə edilən, xüsusən də qadınları hədəf alan “Deepfake” artıq hər kəsin asanlıqla əldə edə biləcəyi bir texnologiyaya çevrilib. İlk versiyalarında yalnız fotoşəkillərə və ya sadə videolara tətbiq edilən “deepfake” ilə hazırlanmış məzmun indi səs klonlaması ilə daha real ola bilər. “Deepfake” texnologiyası həmçinin müxtəlif smartfon proqramları vasitəsilə istifadəçilərin üzlərinin film, foto çərçivə və ya musiqi videosundakı insanlarla dəyişdirilməsi kimi məqsədlər üçün də geniş istifadə olunur. “Deepfake” texnologiyasının istifadəsi əslində 1990-cı illərə təsadüf edir. Lakin son illərdə daha da güclənən SZ bu texnologiyanın neqativ məqsədlər üçün istifadəsini aşkarlamağı çox çətinləşdirir. “Deepfake” texnologiyasının mənfi məqsədlər üçün istifadəsinə qarşı yaradılan yanaşmalar və tətbiqlər “antideepfake” adlanır”, - deyə hesabatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az