ABŞ Avropada ilk F-16 uçuş təlim mərkəzi açır

2023/09/1695450972.jpg
Oxunub: 185     11:32     23 Sentyabr 2023    
“Lockheed Martin” Avropada ilk F-16 uçuş təlim mərkəzinin açılması ilə bağlı Rumıniya ilə müqavilə imzalamaq üçün danışıqlara başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, aparıcı müdafiə sənayesi istehsalçılarından biri olan “Lockheed Martin”in inteqrasiya qrupunun baş meneceri OJ Sançes “Defence News”a verdiyi müsahibədə planlaşdırılan Avropa Uçuş Tədris Mərkəzinin ABŞ şirkətinin qitədəki ilk mərkəzi olacağını və həmçinin Gələcəkdə Rumıniyadan başqa ölkələrdən də pilotlara təhsil veriləcəyini bildirib.

“Lockheed” ötən ayın sonunda Avropa F-16 Təlim Mərkəzinin yaradılması üçün Rumıniya və Hollandiya ilə niyyət məktubu imzaladığını açıqlayıb.

Sançes bildirib ki, şirkət Rumıniya ilə müqavilənin ilin sonuna qədər imzalanacağına əmindir.

Verilən məlumata görə, müqavilə çərçivəsində Niderland Rumıniyaya təlim üçün F-16-ları kreditlə verəcək.

Rumıniya da noyabr ayında Norveçlə 32 ədəd işlənmiş F-16 almaq üçün müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   F-16  


Bizi "telegram"da izləyin