MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edilib

2023/09/1695395350.jpg
Oxunub: 162     18:16     22 Sentyabr 2023    
Mərkəzi Afrika Respublikasının (MAR) keçmiş prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “France-Presse” nəşri məlumat yayıb.

Məlumata görə, MAR məhkəməsi Bozizeni sui-qəsd və üsyanda təqsirli bilib.

Qeyd edək ki, Bozize dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. O, 2003-cü ilin yazından devrildiyi 2013-cü ilin martına qədər ölkə prezidenti vəzifəsini icra edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MAR   Prezident   Həbs  


Bizi "telegram"da izləyin