ABŞ Hökumət Hesabat İdarəsi: F-35-in uçuşa hazırlıq dərəcəsi çox aşağıdır, texniki xidmət çox yavaşdır

2023/08/1693459229.jpg
Oxunub: 27666     21:24     23 Sentyabr 2023    
Dünyanın ən bahalı silah sistemi olan F-35-in problemli saxlanmasına dair Konqresin yeni hesabatına görə, F-35-lər yalnız 55% uçuşa hazırdır.

Ordu.az xəbər verir ki, Pentaqonun texniki xidmət anbarları qeyri-kafi olduğu üçün ehtiyat hissələrinin 73%-i təchizatçılara geri göndərilməlidir.

Qeyd olunur ki, F-35-in uçuşa hazırlıq dərəcəsi çox aşağıdır, texniki xidmət çox yavaşdır.

ABŞ-nin Hökumət Hesabat İdarəsi (GAO) tərəfindən cümə axşamı açıqlanan hesabat 100 milyon dollarlıq F-35B-nin Cənubi Karolina üzərində qəzaya uğramasından bir neçə gün sonra verilib.

Qırıcı təyyarənin təlim missiyasında iştirak edən Dəniz Piyadaları Korpusunun pilotu təhlükəsiz şəkildə təyyarədən atılıb.

Dəniz Korpusu nəyin səhv olduğu ilə bağlı araşdırmaya yenicə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35  


Bizi "telegram"da izləyin