Ordu.az xəbər verir ki, Hindistan ordusu dağlıq və bataqlıq bölgələrdə yerləşdirilməsi üçün 18 ədəd Tırtıllı Ərazi Vasitəsi (AATV) tələb edib.
“BAE Systems Hagglunds”un Baş direktoru Tommi Qustafsson-Rask bildirib ki, “BvS10” yolsuzluq avtomobili Hindistan ordusunun ehtiyac duyduğu kritik qabiliyyətləri nümayiş etdirmək üçün bu ayın sonunda bir sıra sınaqlardan keçəcək.
Sınaqlardan sonra razılıq əldə olunarsa, bu ilin sonuna qədər tədarüklərin həyata keçirilməsi planlaşdırılır.
AATV qar, buz, qaya, qum, palçıq, bataqlıq və sıldırım dağlarda işləyə bilən iki kabinəli zirehli vasitədir.
Sevinc Əliyeva
Ordu.az