“Azərbaycanın təqdim etdiyi siyahıda mən də ola bilərəm” - Seyran Ohanyan təşvişdə

2023/04/1682146120.jpg
Oxunub: 15481     12:17     22 Sentyabr 2023    
“Azərbaycan tərəfi Qarabağdakı bəzi şəxslərin təhvil verilməsi ilə bağlı siyahı təqdim edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

Ohanyan deyib ki, siyahıda o özü də ola bilər.

“Yəqin ki, o siyahıda mən də ola bilərəm. Amma problem ondadır ki, Qarabağın “indiki hakimiyyət nümayəndələri” (separatçılar-red.) bu danışıqları aparacaqlar, lakin ən vacib məsələ əhalimizin təhlükəsizliyinin təmin edilməsidir. Hansı nəticələrə gəlinəcəyini, nələrin baş verəcəyini ancaq proqnozlaşdırmaq olar”, - deyə o bildirib.

Sabiq erməni nazir vurğulayıb ki, Ermənistanın müstəqilliyini elan etdiyi gün Paşinyan müstəqilliyə böyük daş ataraq Qarabağı təhvil verib.

“Qarabağın erməni sakinlərinin nümayəndələrinin azərbaycanlılarla hansı gündə danışıq apardığını bilmirsiniz? Bu gün 21 sentyabrdır və biz bu gün müstəqillik günümüzü qeyd etməliydik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin