Manisadan Meksikaya yeni nəsil simulyator ixracı

2023/09/2023--1695367578.jpg
Oxunub: 280     20:25     23 Sentyabr 2023    
Hərbi hava bazasına səfər zamanı ortaya çıxan fikir Türkiyənin Manisa bölgəsindən Meksikaya qədər uzanan bir ixrac uğuruna çevrilib.

Ordu.az xəbər verir ki, “Covisart” Baş direktoru Ayşe Ertaş stasionar simulyatorları 360 dərəcə qeyri-məhdud fırlanma qabiliyyətinə malik hala gətirmək və təyyarələrin, yaxud digər uçuş vasitələrinin bütün hərəkətlərini təqlid edə biləcək vəziyyətə çevirmək üçün yola çıxdıqlarını deyib.

Bunu edərkən mobil sistemlərə yeni texnologiyaların əlavə edilməsinə diqqət ayırdıqlarını ifadə edən Ertaş virtual reallıq, artırılmış reallıq və qarışıq reallıq texnologiyalarını mobil sistemlərə inteqrasiya edən və proqram təminatını inkişaf etdirən ilk şirkət olduqlarını bildirib.

O, simulyatorları Avropa standartı simulyasiya proqramlarına inteqrasiya etdiklərini bildirib.

“Simulyator dünyasında real vaxt ünsiyyəti çox vacibdir. Pilotlarımız və ya digər istifadəçilərimiz üçün simulyasiya mühitində etdiyiniz hərəkət simulyatorun hərəkəti ilə eyni vaxtda olmalıdır. Biz bunu inkişaf etdirdiyimiz proqram təminatı ilə əldə etdik”, - deyə Ertaş əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manisa   Meksika  


Bizi "telegram"da izləyin