Ordu.az xəbər verir ki, şirkət əl qumbaralarının satışında karteldə iştirak etdiyi üçün 1,2 milyon avro cərimələnib.
AB Komissiyasından verilən açıqlamada “Diehl” və “Ruag”ın 2007-2021-ci illər arasında Avropa ölkələrini böldüyü və yalnız öz əl qumbaralarını satdığı qeyd edilib.
Açıqlamada qeyd edilib ki, şirkətlər kartelə daxil olduqlarını etiraf ediblər.
Həmçinin bildirilib ki, “Ruag” şirkəti karteli Komissiyaya açıqladığı üçün cərimə olunmayıb, “Diehl” isə əməkdaşlığa görə endirim alaraq 1,2 milyon avro cərimələnib.
Sevinc Əliyeva
Ordu.az