Döyüşdə özünü sübut edən Türkiyə müdafiə məhsulları dünyanın diqqət mərkəzinə düşüb

2023/09/2023--1695366462.jpg
Oxunub: 493     16:33     22 Sentyabr 2023    
Türkiyə müdafiə sənayesinin istehsalı olan, Ukrayna-Rusiya müharibəsi zamanı Ukrayna təhlükəsizlik qüvvələrinə verilən ballistik qoruyucu lövhələr və zirehli gödəkçələr döyüş meydanında özünü doğruldaraq diqqət mərkəzinə düşüb.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi daxilində qabaqcıl texniki keramika və zireh sistemləri istehsal edən “Nurol Teknoloji” Londonda keçirilən dünyanın qabaqcıl müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) məhsul və imkanlarını nümayiş etdirib.

“Nurol Teknoloji” sərgidə Ukrayna ordusunun Ukrayna-Rusiya müharibəsində istifadə etdiyi və yüksək səviyyədə müdafiəsi ilə seçilən ballistik qoruyucu lövhələri ön plana çıxarıb.

Dayandırdığı patronların izlərini daşıyan lövhələrdə “Döyüşdə sübut edilmiş qorumanın gücünə şahid olun” yazısı göstərilib. Lövhələrlə yanaşı, Ukrayna hərbi qulluqçularının müharibə zamanı istifadə etdiyi və münaqişələr zamanı istifadəçilərini sağ saxlayan məhsulların fotoşəkilləri də yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Nurol-Teknoloji  


Bizi "telegram"da izləyin