“The Economist”: Dünyanın yeni silah satıcıları ilə tanış olun

2023/09/2023--1695366181.jpg
Oxunub: 404     17:20     23 Sentyabr 2023    
Böyük Britaniyada yerləşən “The Economist” jurnalı son zamanlar dünya silah bazarında nüfuz sahibi olan ölkələrin, o cümlədən Türkiyənin təhlilini dərc edib.

Ordu.az-ın xəbərinə görə, təhlil qeyd olunub ki, sentyabrın 13-də Şimali Koreyanın lideri Kim Çen Inın Vladimir Putinlə əl sıxışması həm özü, həm də silah satışı biznesi ilə bağlı söylədiyi fikirlər baxımından əlamətdar olub.

Bildirilib ki, dünyanın ən böyük beş silah satıcısı (ABŞ, Rusiya, Fransa, Çin və Almaniya) ixracatın dörddə üçündən çoxunu təşkil edir.

Vurğulanıb ki, lakin gələcək silah istehsalçıları köhnə mühafizəçilərin “kökünü kəsirlər”.

“Onlar geosiyasəti dəyişdirməklə yaradılan imkanlardan maksimum istifadə edirlər. Və Rusiyanın Ukraynaya təcavüzündən istifadə edirlər. Kimin Rusiyaya səfəri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyul ayında Pxenyana səfərindən sonra baş tutub”, - deyə təhlildə qeyd olunub.

Müəllif yazır ki, Cənubi Koreya inkişaf etməkdə olan silah ixracatçıları arasında şəksiz liderdirsə, Türkiyə ikinci yerdədir.

“Hakim AK Partiya 2002-ci ildə hakimiyyətə gəldikdən bəri müdafiə sənayesinə pul yatırır. NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 “yer-hava” raketləri almasından sonra 2019-cu ildə tətbiq edilən ABŞ və Avropa sanksiyaları fonunda silah istehsalında müstəqilliyə nail olmaq məqsədi daha da aktuallaşıb”, - deyə təhlildə bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin