Ordu.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.
“Biz çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahlar istehsal etsin. Biz ABŞ-la yeni müdafiə ekosistemi yaratmağa, silah istehsal etməyə, azadlığı gücləndirmək və həyatı qorumaq üçün birlikdə işləməyə hazırlaşırıq”, - deyə Ukrayna lideri bildirib.
Zelenski onu da əlavə edib ki, bu sistem yeni sənaye bazası və iş yerləri yaradacaq.
Ordu.az