Baş Prokurorluq: Ötən gün qanunsuz erməni silahlıları RSK-ya məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb

2023/09/1695151077.jpg
Oxunub: 257     20:11     21 Sentyabr 2023    
Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.

Bu barədə Ordu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baş-Prokurorluq  


Bizi "telegram"da izləyin