Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - VİDEO+FOTO

2023/09/7de82-1695312176.jpg
Oxunub: 26613     19:57     21 Sentyabr 2023    
Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MN   Erməni-qadın  


Bizi "telegram"da izləyin