BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb - YENİLƏNİB

2023/08/ceyhu-1692889673.jpg
Oxunub: 12408     02:40     22 Sentyabr 2023    
BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb.

Ordu.az xəbər verir ki, iclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.

Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.

İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.

***

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.

Ordu.az xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.