Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkar olunub - VİDEO+FOTOLAR
Oxunub: 1097
19:30
21 Sentyabr 2023
Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.
Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.