Baş katib Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyini gözləyir

2023/09/1695304467.jpg
Oxunub: 217     17:45     21 Sentyabr 2023    
“Türkiyə Prezidenti mənimlə, İsveç Baş naziri ilə görüşündə, eyni zamanda, mətbuat konfranslarında deyib ki, ölkəsi İsveçin mümkün qədər tez NATO-ya üzvlüyün ratifikasiya edəcək və bu məsələ ilə bağlı parlamentlə işləyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında (CFR) çıxış edərkən deyib.

“Nəzərə alsaq ki, Türkiyə parlamenti payızda toplanacaq. Mən bunun baş verəcəyini gözləyirəm. Macarıstan da bildirib ki, onlar bu prosesdə (İsveçin NATO-ya üzv olması -red.) sonuncu olmayacaq. Yəni, hesab edirəm ki, Türkiyə ratifikasiya etdikdən sonra problem həll olunacaq”, - Baş katib əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   İsveç  


Bizi "telegram"da izləyin