Ordu.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.
Açıqlamada seçkilərin keçiriləcəyi günlə bağlı məlum verilməyib.
Bildirilib ki, 127 milyon seçicinin səs verəcəyi bu siyasi kampaniyada növbəti 5 il müddətinə yeni parlament seçiləcək.
Qeyd edək ki, Pakistanda sonuncu dəfə parlament seçkiləri 2018-ci il oktyabrın 25-də keçirilib. Həmin siyasi kampaniyada İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası qalib gəlmişdi. Həmin ildən 2022-ci il aprelin 10-dək İmran Xan Pakistan hökumətinə başçılıq edib. Bu tarixdə Pakistan parlamentində İmran Xana etimad məsələsi səsə qoyulub. Deputatların 174-i onun əleyhinə səs verib. Nəticədə İmran Xan hökuməti istefaya göndərilib. Onu üç dönəm Pakistan hökumətinə başçılıq etmiş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif əvəz etmişdi. O da 2023-cü ilin avqustunadək baş nazir olub.
2023-cü il avqustun 14-dən keçid hökumətinə Anvarul Hak Kakar başçılıq edir.
Ordu.az