“Seçkilərdə 44 günlük müharibə öz təsirini göstərdi, hər şey hakimiyyətin üzərindədir” - Erməni general

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 19905     20:28     21 Sentyabr 2023    
“Xalqımız bu seçkilərə biganə qaldı. Fikirləşdilər ki, getsək də eyni şeydir, getməsək də”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan deyib.

Melkonyan qeyd edib ki, onlar məğlubiyyətin səbəblərini başa düşürlər.

“İşimizlə vətəndaşı qane edə bilmədik. Seçkilərdə 44 günlük müharibə öz təsirini göstərdi. Hər şey hakimiyyətin üzərindədir. “Beşinci kolon” Rusiya ilə bütün problemləri həll edə biləcəklərini sübut etmək üçün çox çalışdı. Rusiyanın məqsədi Ermənistanı diz çökdürməkdir. Problem Zəngəzur yoludur. Bizi rus qoşunları əhatə edir. Biz Moskvanın “yumşaq” gücünə çox tanışıq. Əksəriyyət seçkilərdə iştirak etməyib, lakin bu o demək deyil ki, onlar hakimiyyətə qarşıdırlar. 1996-cı ilin obrazı təkrarlandı. Sentyabrın 17-də hakimiyyət də qalib gələcəyinə əmin idi”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin