İLTER ailəsi Qarabağdakı antiterror tədbirlərində uğurla xidmət etdi – İLTER J250 və İLTER HP

2023/09/22-8476482395.jpg
Oxunub: 26517     16:36     21 Sentyabr 2023    
“Boğaziçi Savunma” tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən İLTER Pilotsuz Uçuş Aparatı (PUA) Aşkarlama və Əngəlləmə Sistemləri Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərində uğurla xidmət edib.

2017-ci ildə Türkiyənin texnoloji müstəqillik səylərinə töhfə vermək üçün yola çıxan “Boğaziçi Savunma” inkişaf etdirdiyi məhsullar, xüsusilə PUA-ları aşkarlama, izləmə və əngəlləmə sistemləri ilə həm Türkiyə təhlükəsizlik qüvvələrinə, həm də dost və müttəfiq ölkələrə həllər təklif edir.

“Boğaziçi Savunma” bu yaxınlarda 90 faizdən çox yerlilik dərəcəsi ilə inkişaf etdirdiyi İLTER J250 PUA Akarlama və Əngəlləmə Sistemi ilə İLTER HP Mobil Yüksək Güclü GNSS Aldatma və İSM Əngəlləmə Sistemi modellərini Azərbaycan Ordusuna təhvil verib.


Məlumata görə, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərində sistemlər uğurla tətbiq edilib. İLTER J250 və İLTER HP antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin istifadə etdiyi müxtəlif ölkələrdən müxtəlif tipli PUA-ları uğurla aşkar edərək bloklayıb. Beləliklə erməni ünsürləri həm cəbhədə kəşfiyyat və müşahidə fəaliyyətindən məhrum edilib, həm də Azərbaycan əsgərlərinin həyati təhlükəsizliyi təmin edilib.


İLTER J250 və İLTER HP

İLTER ailəsinin yeni üzvü olan İLTER J250 PUA Akarlama və Əngəlləmə Sistemi RF sensorları ilə fırlanan və ya sabit qanadlı mini/mikro PUA-lara qarşı tam avtomatik aşkarlama, qarışdırma və aldatma işlərini yerinə yetirir. Ümumi çıxış gücü 250 vattdan çox olan sistem daxili batareyası ilə mobil və stasionar kampuslar üçün hazırlanıb.

Çoxsaylı PUA hücumlarına qarşı 360 dərəcə aşkarlama və bloklama qabiliyyətinə malik olan sistem 8 kilometrə qədər məsafədə qəbuletmə həyata keçirir, GNSS diapazonlarında koordinat aldatma icra edir. Koordinat aldatma (spoofing) xüsusiyyəti sayəsində avtonom uçan təhdidlərin əngəllənməsi məqsədilə saxta GNSS siqnalları yayan sistem təhlükəni qorunan ərazidən istədiyiniz koordinatlara uzaqlaşdıra bilir.


ILTER-in iş metodologiyası aşağıdakı kimidir;

Aşkarlama sistemi

- Aşağı hündürlükdə uçan fırlanan qanadlı və sabit qanadlı PUA-ları aşkar edir.
- PUA ilə onun uzaqdan idarəetməsi arasında simsiz əlaqəni aşkar edir.
- UHF, S və C diapazonunda tezlik diapazonlarını aşkar edir.


Əngəlləmə sistemi

- Dron/PUA ilə onun uzaqdan idarə edilməsinin rabitə tezlik diapazonlarını bloklayır.
- Avtonom uçuşların əngəllənə bilməsi məqsədilə GNSS (GPS(L1,L2,L5), GLONASS(G1,G2,G3), GALILEO(E1,E5a,E5b,E6), BEIDOU(B1,B2,B3)) qlobal yerləşdirmə sistemləri tezlik zolaqlarını bloklayır.


Koordinat Aldatma (Spoofing)

- Avtonom uçuş təhdidlərinin qarşısını almaq üçün saxta GNSS siqnalları yayır.
- Təhdidi qorunan ərazidən istənilən koordinatlara uzaqlaşdırır.



İLTER HP Mobil Yüksək Güclü GNSS Aldatma və ISM Əngəlləmə Sistemi uzun effektiv diapazonu və hərəkətliliyi ilə təhlükəsiz ərazilərdən 80 kilometrə qədər hədəf nöqtələrini qarışdıra/əngəlləyə bilir.

Sistemin təsir etdiyi hədəf nöqtələrini hesablayan görmə xətti proqramı ilə sistemdəki antenalar avtomatik olaraq hədəfə yönəldilir və itkisiz qarışdırma, korlama və aldatma təmin edilir. 4X4 qapalı qutu avtomobilin üzərində quraşdırılan sistem 24 saat fasiləsiz işləyə bilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İLTER   Azərbaycan-Türkiyə   Boğaziçi-Savunma  


Bizi "telegram"da izləyin